Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2013

74 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildə 74 yaşlı qadının meyiti tapılıb
Bakının Nərimanov rayonunda 1939-cu il təvəllüdlü Qasımova Rəfiqə Eyvaz qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Apa-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə fərdi yaşayış evinin giriş qapısını açaraq içəri daxil olub.

Mənzilə baxış keçirilərkən R.Qasımova otaqda huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşın vəfat etdiyi müəyyən olunub. R.Qasımovanın cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
1612 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP