Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2015

“İşləməyə oxşarımı göndərirəm”

Çeçenistan Respublikasının başçısı Ramzan Kadirovun oxşarı peyda olub.

O, özünün “İnstagram” səhifəsində öz oxşarı ilə birlikdə olan şəkillərini paylaşıb. Həmin şəkillərdə Ramzan Kadırov, oxşarı, bir neçə qonaq və Jerar Depardye göstərilir. Şəkillərdən birinin altında isə o, belə bir şərh paylaşıb: “Bu gün öz əvəzimə işləməyə oxşarımı göndərdim. Görək, işin öhdəsindən necə gələcək?”.

Bununla bağlı Rusiya mətbuatı Ramzan Kadırovun özünə müraciət edib. O isə bunu zarafat etmək üçün etdiyini bildirib. “İndiyədək bir neçə dəfə mənim oxşarımın olması haqqında şayiələr yayılmışdı. Guya mən ona görə hər işimi çatdırıram. Bəziləri də bunu təhlükəsizlik məqsədilə etdiyimi deyirdilər. Mən isə demək istəyirəm ki, Ramzan Kadırov təkdir. O da Çeçenistanın birinci prezidenti Əhmət Haci Kadırovun oğlu”, – deyə o, əlavə edib.

Daha sonra Kadırov bildirib ki, bu, fotoşopun adi hiyləsidir.
1139 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:16