Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2015

"Müraciət etmədiyim yer qalmayıb, ancaq..."

Qeyd edək ki, bu il Qubanın 15 min hektara yaxın alma sahəsindən 122 min ton məhsul götürülüb. Bağbanların bir çoxu yayda yığdığı məhsulları hələ də sata bilmirlər.

Qubadan seçilən deputat Vahid Əhmədov bildirib ki, bu problem artıq neçə ildir ki, davam edir. Onun sözlərinə görə, bununla bağlı bir neçə dəfə Milli Məclisdə məsələ qaldırıb:

"Aidiyyatı dövlət qurumları da bundan xəbərdardır. Azərbaycana istənilən dövlətdən alma idxal olunur, amma Quba almasının satılmasına imkan yoxdur. Bununla bağlı müraciət etmədiyimiz yer qalmayıb. Bütün qurumlar bu barədə məlumatlıdır".

Milli Məclisin üzvü bildirib ki, son illər soyuducu anbarlar istifadəyə verilib. Qeyd edib ki, soyuducu anbarlarda qiymətlər baha olduğu üçün hər kəs məhsulunu orada saxlaya bilmir:

"Saxlanma şəraiti osla da, qiymətlər bahadı. Bunun çıxışı yolu kimi Azərbaycana alma idxalının qarşısını almaq lazımdır. Bundan sonra fermerlər öz meyvə və tərəvəzlərini rahat sata bilsinlər. Bu çox ciddi məsələdir və çıxış yolu ancaq idxalın qarşısını almaqdır".
807 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41