Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2015

Təyyarə qəzaya düşdü

Rusiyanın Volqaqrad şəhərində Su-24 tipli bombardmançı təyyarə qəzaya düşüb.

Hadisə "Marinovka" aerodromundan 7 km məsafədə baş verib. Təyyarədə iki ekipaj üzvü olub.

Hadisə şahidləri bildirib ki, təyyarə qəzası zamanı iki nəfər paraşütlə aşağı tullanıb. Ehtimallara görə, bombardmançının qəzaya düşməsinə səbəb pilotların səhvi və ya texniki nasazlıq olub.

Təyyarənin düşdüyü ərazidə sonradan böyük yanğın baş verib. Ancaq yanğın qısa zaman ərzində söndürülüb.

Təyyarənin ekipaj üzvlərinin taleyi hələlik məlum deyil. Rusiya Müdafiə Nazirliyinin xüsusi komissiyası hadisənin səbəblərini araşdırmağa başlayıb.

İlkin məlumatlara görə, bombardmançı təyyarəni podpolkovnik və kapitan idarə edib./ans/
1336 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP