Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2015

Daha özünüzü körpüdən ata bilməyəcəksiz

Əliyev rejimi insanların maddi problemlərini həll etmək əvəzinə körpüyə əl gəzdirməyi məsləhət bilib...

“Koroğlu” metrosunun yaxınlığındakı körpünün konstruksiyası dəyişdirilə bilər.

“İntihar körpüsü” kimi ad çıxaran yol qovşağının giriş-çıxış yerlərinin yenidən qurulacağı gözlənilir. Son aylar ardıcıl olaraq intihar etmək istəyənlərin bu körpüyə çıxması konstruksiya işlərinin aparılması planını gündəmə gətirib.

Yenilənmə işləri aparılacağı halda vətəndaşların körpüyə çıxıb intihar etməsi mümkün olmayacaq. Hazırda körpüdə polis postu yaradılıb.

Qeyd edək ki, bu körpü Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən yol qovşağıdır. /axar/
1291 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP