Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2015

Ukrayna danışıqları mürəkkəb şəraitdə keçir

Ukrayna üzrə “normand dördlüyü”nün danışıqları mürəkkəb şəraitdə gedir.

Bunu Ukrayna xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Yevgeni Perebeynis “112 Ukrayna” telekanalına deyib.

“Danışıqlar mürəkkəb şəraitdə gedir, lakin müvəffəqiyyətə də ümid edə bilərik”, deyə XİN rəsmisi qeyd edib. Rusiya xarici işlər naziri Sergey Lavrov, öz növbəsində, danışıqların səmərəli şəkildə davam etdiyini vurğulayıb.

Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland və Almaniyanın federal kansleri Angela Merkel arasında görüş yeddinci saatdır ki Minskdə davam edir. Qapalı qapılar arxasında keçirildiyindən, görüşün təfsilatları barədə dəqiq heç bir məlumat yoxdur./apa/
1012 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP