Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2015

Gül tənqidlərə cavab verdi

Türkiyənin sabiq prezidenti Abdulla Gül hələ də dövlət iqamətgahından istifadə etməsinə görə edilən tənqidlərə cavab verib.

Gül özünün rəsmi saytında tezliklə Tarabya adlanan iqamətgahı tərk edəcəyini açıqlayıb.

Sabiq prezident ona unvanlanan tənqidləri yersiz hesab edərək bildirib ki, yeni iqamətgahınının tikintisi başa çatandan sonra Tarabyadan köçəcək.

Gül dövlət əmlakından heç bir zaman sui-istifadə etmədiyini və prezident Ərdoğanın göstərişinə uyğun Tarabyada qaldığını deyib.

Türkiyənin sabiq prezidenti əlavə edib ki, dövlət iqamətgahında yaşasa da bütün zəruri xərcləri özü çəkir.
1411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:01
Bahalığ