Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2015

Fələstindən UNESCO-ya müraciət

"İslam izlərini məhv etmək siyasəti heç bir nəticə verməyəcək"
Fələstin hökuməti Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatına (UNESCO) müraciət ünvanlayıb.

Fələstin hökuməti Diyanət işləri və islami əlaqələr müşaviri Mahmud əl-Həbbaşın bu barədə yazılı açıqlama etdiyi bildirilir.

O, Qüds şəhərindəki Məscidi-Əqsanın qapısı yaxınlığına ərəbcə, ibranicə və ingiliscə “Süleyman məbədi” yazılmış lövhənin vurulmasını yəhudilik adı altında yeni bir kimlik çıxarmaq istəyi kimi qiymətləndirib.

“İşğal etdiyi torpaqlarda yəhudiləşmə apararaq ərəb-islam izlərini məhv etmək siyasəti heç bir nəticə verməyəcək və həqiqəti dəyişdirməyəcək. Qüds şəhəri Fələstinin dini, siyasi paytaxtı olaraq qalmağa davam edəcək” – deyə Həbbaş bildirib.

Həbbaş bu səbəblə də Qüdsdəki mədəni mirasın məhv edilməsinin, tarixi izlərin silinməsinin qarşısını almaq üçün UNESCO-nu təcili qərar veməyə çağırıb.

Qeyd edək ki, Məscidi-Əqsada tez-tez müsəlmanlarla israilli əsgərlər, polislər arasında gərginliklər baş qaldırır./ans/
878 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP