Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2015

Hicablı qadının Avstriya məhkəməsində qələbəsi

Avstriyada bir məhkəmə hicabı lağa qoyulan qadına 1550 avro təzminat ödənməsinə qərar verib.

Gənc qadın Vyana Bərabər Davranış Ombudsmanına şikayət edib və əlaqədar komissiya qadına qarşı edilən hərəkətlərin “dini ayrı-seçkilik” olduğuna qərar verib.

Ombudsman məsələyə aydınlıq gətirmək üçün belə açıqlama verib: “Yuxarı Avstriyada peşə təhsili alan hicablı bir qadın bir şirkətə iş üçün müraciət edib. Qadınla iş görüşü keçirən müdir ona belə deyib: “Başındakı bez parçasını çıxarsan, səni işə götürməyi düşünə bilərik”. Hicabını çıxarmayacağını, lakin parik taxa biləcəyini bildirən qadını lağa qoyaraq ona gülən şəxs qadına “sən axmaqsan” deməkdən belə çəkinməyib. Daha sonra iş üçün yenidən müraciət edən qadından bu dəfə başıaçıq fotosunu göndərməsi istənilib.

Yuxarı Avstriya Əyaləti İş Mərkəzi və Bərabər Davranış Ombudsmanı məhkəmədə hicablı qadının lehinə çıxış edib. Məhkəmə işəgötürənin qadına 1550 avro təzminat ödəməsinə qərar verib.
1004 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49
Qar yağdı, Bakı-Quba