Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2015

«İsti Su»yun isti suyu quruyub

İldırım Allahyarov sanatoriyaya gələnləri hamam suyu ilə aldadır

Azərbaycanda xeyli müddətdir qreyzer sularının müalivə xüsusiyyəti aşkarlanaraq, ondan səmərəli istifadə olunmaqdadır. Sovet dönəmində Kəlbəcər və Masallı rayonlarında isti suların sayəsində neçə-neçə insanın müaliciə aldığı da statistik məlumatlardan bəllidir. Son illər isə Kəlbəcər işğal altına düşdüyündən, Masallıdakı məşhur İsti Su daha qabarıq şəkildə önə çıxıb.

Rayonun İsti Su deyilən ərazisində yerin altından çıxan qreyzerlərin tərifi təkcə Azərbaycanda deyil, hətta Şərqi Avpopada belə məlumdur. Elə bu səbəbdəndir ki, Bolqarıstan və Rumıniya kimi ölkələrdən də bu sanatoriyaya gələnlərin olduğu hələ də müşahidə edilir.

Qeyd edək ki, uzun illərdir dillər əzbəri olmuş İsti Su bir xeyli müddət müalivəi xüsusiyyətini qoruyub saxlayıb. Lakin son dövrlər işin içinə işbazların qarışması isə prosesi korlamaqdadır. İsti Su Sanatoriyasının rəhbəri İldırım Allahyarov yerdən çıxan isti suyun sayəsində müalicə üçün nəzərdə tutulmuş vannaların sayını artırmaq qərarına gəlib. Amma sonradan fikrini dəyişərək, daha çox pul qazanmaq üçün bir başqa vasitəyə əl atıb.

Belə ki, hazırda İsti Su Sanatoriyasında yerin altından çıxan isti su ilə təhciz olunan vannaların sayı 5-6-dan artıq deyil. Son 6 ay içində isə bu vannaların sayı qəfil artaraq, 10-a çatdırılıb. Və bu şəkildə davam edərsə, onların sayı 20-yə çatacaq. Amma həmin vannalara axıdılan su heç də yerin altından çıxan müalivəi su deyil. Əksinə, kənarda qızdırılaraq, vannalara axıdılmış sulardır ki, onların da heç bir müalicəvi əhəmiyyəti yoxdur.

İldırım Allahyarovun başının altından çıxmış bu hoqqa camaatın sağlamlığını deyil, öz cibini doldurmaq üçün nəzərdə tutulmuş plandır. Məhz bunun sayəsində müalicə üçün İsti Suya gələnlərin kor-peşman geri qayıtdıqları artı qadət halını alıb. Hətta bəziləri kinayət ilə «İsti suyun isti suyu quruyub» deməkdən də çəkinmirlər./jam.az/
1154 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı