Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2015

Bu rayonda 34 məktəbin müəllimləri maaşa həsrət qalıb

480 şagirdin təhsil aldığı Qubanın Elşad Bayramov adına Alpan kənd orta məktəbinin 42 müəllimi maddi çətinliklə üzləşib. Bu ilin yanvar ayının əməkhaqqının gecikməsi müəllimlərin narazılığına səbəb olub.
Müəllimin vəziyyətinin maddi cəhətdən onsuz da çox cətin olduğunu deyən müəllim Zabit Babayev bildirdi ki, müəllimin maaşı vaxtında verilməlidir.
“Borcları vaxtlı-vaxtında ödəməyəndə onların üstünə 15-20-30 manat məbləğində pul gəlir. Bu kasıblıq zamanında ehtiyac insanın boğazına kimi gəlib çatıb. Bu vəziyyətdə bu qədər artıq pulu nəyə görə ödəməliyik? Kimə görə?” - deyə müəllim Vaqif Balaqadaşov qeyd edib.
Müəllimlərin sözlərinə görə, rayonun digər məktəblərində həmkarları əmək haqlarını vaxtında alıblar. Problemin niyə bu məktəbdə olmasının səbəbləri isə onlara məlum deyil.
Alpan məktəbində olarkən direktor Rahib Qubatovu görə bilmədik, onun təhsil şöbəsində olduğunu deyiblər.

Quba Rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümov da yerində tapılmayıb. Onunla telefon əlaqəsi saxlayanda Loğman Müslümov Bakıya Təhsil Nazirliyinə getdiyini deyərək faktı təsdiqləyib. Deyib ki, problem təkcə Alpan məktəbində deyil, rayonun daha 33 məktəbinin müəllimləri yanvar ayının maaşını almayıblar./ans/
1019 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber