Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2015

Fevralın 14-dən Donbasda atəşkəs qüvvəyə minir

13 saatlıq müzakirələrdən sonra tərəflər Minsk anlaşmasının gerçəkləşməsi üçün kompleks tədbirləri imzalayıb

Minskdə Ukrayna-Rusiya münaqişəsi ilə bağlı “Normand formatı”nda danışıqlar başa çatıb. Reuters xəbər verir ki, 13 saatlıq müzakirələrdən sonra liderlər fevralın 14-dən Donbasdan ağır texnikanın çıxarılması, atəşkəsin təmin olunması, təhlükəsizlik zonasının yaradılması haqqında razılaşma əldə edib. Agentlik xəbər verir ki, Ukrayna və Rusiya sülh planının 80 faizini qəbul edib.

Almaniyanın federal kansleri Angela Merkel Almaniya mediasına açıqlamasında danışıqları Ukrayna böhranının çözümü yolunda böyük addım adlandırıb. Yaxın saatlarda Angela Merkellə Fransa prezidenti Fransua Ollandın mətbuat konfransı keçirəcəyi gözlənilir.
793 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP