Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2013

“Fərhad Əliyev mühacirətə getdi” xəbəri yayıldı

Vəkili Elton Quliyev: “Onunla həbsdən çıxandan sonra görüşmüşük, amma...”

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev azadlığa çıxandan sonra ilk dəfə oğlu Yusiflə görüşüb. Bunu “Mediaforum” saytına Fərhad Əliyevin yaxınları bildiriblər. Məlumata görə, görüş Böyük Britaniyanın London şəhərində baş tutub.

Fərhad Əliyev ora xanımı ilə birlikdə gedib. Yaxınlarının dediyinə görə, Fərhad Əliyevin oğlu Yusif London İqtisadiyyat Məktəbində təhsil alır, bu məktəbdə isə təhsil intensiv keçirildiyi üçün sabiq nazir azadlığa çıxandan sonra oğlu Bakıya gələ bilməyib.

Ona görə də Fərhad Əliyev övladını görmək üçün Londona getməli olub. Ailənin Bakıya nə vaxt dönəcəyi haqda məlumat verilməyib. Onu da qeyd edək ki, əvvəlcə F.Əliyevin Almaniyaya getdiyi barədə məlumat yayılmışdı.

Ancaq bəzi xəbərlərə görə, F.Əliyev ölkəni birdəfəlik tərk edib. Onun ailəsi və oğlu ilə birlikdə Avropada yaşayacağı qeyd olunur. Xəbərdə vurğulanır ki, sabiq nazir əfv olunandan sonra Azərbaycanda yaşamaq istəmir və hər hansı postda vəzifə tutmaq perspektivi də görünmür. O baxımdan ölkəni ailəsi ilə birgə tərk etmək və mühacirətdə yaşamaq qərarı verib.

Ancaq o da istisna deyil ki, F.Əliyev Avropaya müalicə üçün üz tuta bilər. Sabiq nazirin vəkili olmuş Elton Quliyev xəbərin nə dərəcədə səhih olub-olmadığını bilmədiyini söylədi. Vəkil “Yeni Müsavat”a bildirdi ki, Fərhad Əliyevin ölkədən getməsindən xəbərsizdir.
Vəkil sabiq nazir azadlığa çıxandan sonra onunla görüşdüyünü vurğuladı: “Həbsdən çıxandan sonra görüşmüşük. Amma bu, çoxdan olub. Ölkədən birdəfəlik getməsi və ya müvəqqəti getməsi barədə xəbərim yoxdur”./musavat/
1703 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı