Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2015

Bu saatdan sonra meyvə yemək kökəldir

Axşamlar müəyyən bir saatdan sonra yemək yeməyin zərərli olduğunu yəqin ki, bilirsiniz. Namiq Kamal Universitetinin Kənd Təsərrüfatı və Qida Mühəndisliyi Fakültəsinin kafedra müdiri Professor Doktor Məmməd Dəmirçi gec saatlarda yeyilən meyvənin də köklüyə zəmin hazırladığını söyləyib. Tabloid.az xəbər verir ki, meyvənin tərkibindəki fruktoza qana daha asan keçdiyi üçün yağ əmələ gəlməsinə əlverişli şərait yaradır. Dolayası ilə gecə saatlarında meyvə yemək də kökəlməyə səbəb olur.

Professor Doktor Məmməd Dəmirçi meyvələrin porsiya şəklində və yeməkdən bir neçə saat sonra yeyilməsi lazım olduğunu bildirib: "Bu məsələdə bütün diyetoloqlar həmfikirdir. Axşamlar müəyyən saatdan sonra yemək, içməyi kəsmək lazımdır. Saat 6 və ya 7-dən sonra kalorili yeməkləri özünüzə qadağan etməlisiniz. Meyvədə fruktoza dediyimiz şəkər var. Bu şəkərin yağa çevrilərək qana keçməsi çox asandır. Meyvələr kənardan çox “günahsız” görünsə də, əslində arıqlamaq istəyənlər üçün olduqca əhəmiyyətli məlumatdır. Gecə saatlarda yemək düzgün deyil. Meyvə 3 və ya 5 porsiya şəklində münasib saatlarda yeyilmədir. Porsiyalar isə meyvənin növünə görə dəyişir. Məsələn, 10 ədəd çiyələk bir porsiya deməkdir. Orta boy armud və portağal da bir porsiya deməkdir. Yəni, biz gündə 3 və ya 4 porsiya meyvə yeməliyik. Ancaq uyğun saatlarda yeyilməsinə diqqət etmək lazımdır. Gecə saatlarda meyvə yeməyin zərəri ola bilər. Meyvə yeməkdən azı 1 saat sonra yeyilməlidir”.
837 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı