Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2015

Uşaq utancaqlığı piylənməyə səbəb olur

Alimlər müəyyən ediblər ki, həmyaşıdları ilə ünsiyyət problemi olan utancaq uşaqlar köklüyə daha çox meyilli olurlar.

Mütəxəssislər tədqiqata 9-11 yaş arasında 8346 uşaq cəlb ediblər. Onlara həmyaşıdları ilə ünsiyyət qurmaq, valideynləri və yaxından tanımadıqları adamlarla ümumi dil tapmaq bacarıqları barədə suallar verilib. Məlum olub ki, təbiətən utancaq, özünə arxayın olmayan, gülünc vəziyyətə düşməkdən qorxan uşaqlar digər uşaqlarla ünsiyyət zamanı tez-tez stress keçirirlər və nəticədə çoxlu miqdarda kalorili qida və şirniyyat yeməyə üz tuturlar. Çox vaxt belə uşaqların 11 yaşından artıq çəki problemləri olur. Bu isə onların özlərinə qapanmaları, heç yerə getməmək və heç kəslə ünsiyyətdə olmamaları üçün yeni bir səbəb deməkdir.

Alimlər hesab edirlər ki, uşaqlara utancaqlıqla mübarizədə kömək etmək lazımdır. Bunu birinci növbədə valideynlər etməlidir. Özünə inamı olmayan uşaqları ruhlandırmaq, onlarda əminlik hissi oyatmaq lazımdır. Utancaqlıqla isə mübarizə aparmaq lazımdır. Bu mübarizənin yolları uşağa ünsiyyət qurmağı öyrətmək, əyləncəli hobbi tapmaq, onu idmana cəlb etməkdir.
1370 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber