Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2015

Bakıda kredit borcu olan kişi canına qıydı

Bu gecə Bakının Binəqədi rayonunda asılmış kişi meyiti tapılıb.

Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsinin təhqiqatçısı Niyazı Həmidovun verdiyi məlumata görə, hadisə Cəfər Cabbarlı küçəsi ev 5 ünvanında qeydə alınıb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1970-ci il təvəllüdlü Namiq Daşdəmir oğlu Vəliyev olduğu məlum olub.

Müəyyən olub ki, kişi intihar edib. Onun üstündən heç bir məktub tapılmayıb.

Qeyd edək ki, Namiq Vəliyev tək yaşayırmış. O, subay olub.

Yaxınlarının bildirdiyinə görə, onun banklara külli miqdarda kredit borcu olub. Ehtimal olunur ki, Namiq Vəliyev bu səbəbdən canına qıyıb./ans/
997 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP