Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2015

İŞİD 21 Misir vətəndaşını edam etdi

İŞİD terror qruplaşmasının silahlıları Liviyada girov götürdüyü 21 Misir vətəndaşını qətlə yetirib. Bu barədə Əl Ərəbiyə telekanalı məlumat yayıb.

Məlumata görə, silahlıların yaydığı məlumatda bildirilir ki, “Cunud vilayət Tarabulus” qruplaşması (Tripoli əyalətinin döyüşçüləri) xristian dininə (koptlar) mənsub 21 Misir vətəndaşını əsir götürərək edam edib. Silahlılar sübut kimi narıncı rəngli libasda olan girovların şəkillərini dərc ediblər.

Qətlin baş verdiyi tarix açıqlanmır.

Qeyd edək ki, silahlılar Liviyaya qazanc dalınca gəlmiş koptları yanvarın əvvəllərində Sirt şəhəri yaxınlığında (Tripolidən 600 km şərqdə) girov götürüb./apa/
1126 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24