Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2015

Polislər tətil edir

İtaliyanın paytaxtı Romada polislər tətil ediblər. Etiraz aksiyasına səbəb bir qrup polis əməkdaşının rəhbərlik tərəfindən işdən qovulacağına dair xəbərdarlıq alması olub. 5 minə yaxın polis işdən qovulması nəzərdə tutulan həmkarlarına dəstək olaraq yürüşə çıxıblar.

Məlumata görə, yeni il ərəfəsində polislərin qrip xəstəliyinə tutulması bəhanəsi ilə işə çıxmaması yerli icra hökumətinin qəzəbinə səbəb olub. Polislər xəstəliklərinə dair həkimdən arayış təqdim etsələr də, rəhbərlik arayışların saxta olduğundan şübhələnir.

Hazırda həmkarlar ittifaqı ilə yerli rəhbərlik arasında məsələyə dair müzakirələr gedir. Təqsirləri sübut olunacağı təqdirdə polislərin işdən qovulması xəbərdarlıqları reallaşa bilər./ans/
864 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:00