Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2015

Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 27 il ötür

Bu gün Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 27 il ötür. 1988-ci il fevralın 13-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olan Xankəndi şəhərinin Lenin meydanında ermənilərin ilk mitinqi keçirildi. Həmin mitinqdə ermənilər separat addımlarını rəsmiləşdirərək Azərbaycandan ayrıldıqlarını bəyan etdilər. Fevralın 20-də isə Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi bu ərazinin Ermənistanın tabeçiliyinə keçməsi tələbi ilə Azərbaycan rəhbərliyinə rəsmi müraciət göndərdi.

Bunun ardınca isə silahlı basqınlar və qarşıdurmalar təşkil edildi. Az sonra-fevralın 22-də erməni silahlıları Dağlıq Qarabağın Əsgəran şəhərində dinc aksiya keçirən Azərbaycan türklərini gülləbaran etdilər, 2 nəfər gənc öldürüldü, 19 nəfər yaralandı. Bu qanlı hadisələr Ermənistanın birbaşa təşkilatçılığı ilə həyata keçirilirdi.

Ermənilərin 1988-ci ilin 13 fevralından başladığı separatçılıq getdikcə qanlı müharibəyə çevrildi. 1988-ci il iyulun 12-də Dağlıq Qarabağda “vilayət soveti” deyilən qurumun toplantısı keçirildi və Azərbaycanın tərkibindən çıxmaq haqda qərar qəbul olundu.

Qeyd edək ki, ermənilərin Xankəndidə 13 fevralda keçirdiyi mitinq və ortaya qoyduqları separatçılığa qarşı Bakıda ilk nümayiş 1988-ci il fevralın 19-da oldu. Nümayiş iştirakçıları “Qarabağ bizimdir!” şüarları ilə Elmlər Akademiyası binasının qarşısından Ali Sovetə qədər yürüş etdilər. Bakıda və Dağlıq Qarabağa yaxın rayonlarda başlayan ilk çıxışlar, kütləvi aksiyalar yüksələn xətlə inkişaf edərək xalq hərəkatına çevrildi.

SSRİ rəhbərliyinin separatçı ermənilərə və Ermənistana açıq dəstək verməsi Azərbaycanda Dağlıq Qarabağa görə başlanan xalq hərəkatının Azərbaycanın müstəqilliyi uğrunda hərəkata çevrilməsinə gətirib çıxardı./ans/
938 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber