Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2015

Bakıda yağış: yollar gölə döndü

Bu gün gecə saatlarında yağan yağış Bakının bir neçə küçə və prospektlərində hərəkəti iflic edib.

Gecə satlarında paytaxtda müşahidə olunan yağışlı hava yola çıxanların işini çətinləşdirib.

Kanalizasiya sisteminin düzgün qurulmaması, işləməməsi yağan yağışların yollarda gölməçələr yaratmasına səbəb olub. Bu isə piyada və sürücülərin hərəkətini ləngidib.

Belə hallardan biri də paytaxtın Nərimanov rayonu ərazisindəki “Çerment” körpüsü kimi tanınan yerdə baş verib. Yağan yağışın axmaması suyun yolda yığılıb qalması ilə yanaşı, yoldakı avtomobillərin hərəkətinə də maneə törədib.
Qeyd edək ki, Bakıda yağıntılar zamanı küçələri su basması adi hala çevrilib və problem qalmaqda davam edir.
1249 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:05