Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2015

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar həbs edildi

İŞİD terror qruplaşmasına qoşulmaq istəyən və Türkiyə-Suriya sərhədində yaxalanan 14 nəfər arasında Azərbaycan vətəndaşları da var.

Məlumata görə, İŞİD-ə qoşulmaq istəyən şəxslər sosial şəbəkələr vasitəsi ilə əlaqə saxlayaraq Qaziantepdə görüşdükləri məlum olub.

Bölgənin jandarma qüvvələri Sazgin məhəlləsində şübhələndiyi mikroavtobusu saxlayandan sonra sözügedən 14 nəfərin İŞİD-ə qoşulmaq istədiyi öyrənilir. 14 nəfərdən birinin Türkiyə vətəndaşı olduğu bildirilib və onun ifadəsi alınandan sonra sərbəst buraxılıb.

Qalan 13 nəfərin Çeçenistan, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Türkmənistan vətəndaşları olduğu bildirilib. Onların 2-3 günə Türkiyədən çıxarılacağı gözlənilir.
834 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı