Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2015

“Azərbaycan məhkəmələri insanları əzən, sındıran bir orqana çevrilib”

AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında millət vəkili Siyavuş Novruzovun Avropa Məhkəməsini qərəzçilikdə suçlayan fikirlərinə münasibət bildirib. Ə.Orucov bu yanaşmanın obyektivlikdən uzaq olduğunu qeyd edib:
“Siyavuş bəyin özü bu barədə qərəzçilik edir. Azərbaycan məhkəmələrinin sifarişli və müstəqil olmadığını, bu azmış kimi korrupsiualaşmağını bilməyən yoxdur. İndiyədək görüb və eşitməmişəm ki, müstəqil adlandırdığımız məhkəmələr müstəqil qərarlar versin. Yaxud da maddi maraqlarıdan xaric apardığı proseslərə obyektiv yekun vursun.
Məhkəmələrərin problemlərindən biri də hakimlərin özlərini dövlət məmuru kimi, məhkəmə hakimiyyətinin nümayəndələri kimi deyil, icra orqanlarının təmsilçiləri kimi aparmasıdır. Bu gün sıravi Azərbaycan vətəndaşlarının ən çox əizyyət çəkdiyi qrumlardan biri bəlkə də birincisi məhkəmələrdir. Siz indiyədək eşitmisinizmi ki, hansısa müxalifətçi məhkəmə prosesində qalib gəlsin? Acınacaqlısı odur ki, məhkəmələr öz ədalətsizliklərini, maddi maraqlarını dövlətin adı ilə həyata keçirirlər. Bu, həm də vətəndaşların öz dövlətinə inamı, etibarını və güvənini azatlmaqla yanaşı, ona qarşı xoşagəlməz hisslər aşılayır. Bu günə qədər Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qərar verilən işlərin heç birində yol verdikləri qüsurlara və qərəzli yanaşdıqlarına görə bir hakim cəzalandırılmayıb.
Azərbaycan məhkəmələri ədalət mühakiməsinin aparıldığı quruma deyil, soyğunçu, insanları əzən, sındıran bir orqana çevrilib. Ən təhlükəsi də budur”.
1482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:17