Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2015

ABŞ-ın yeni müdafiə naziri bəlli oldu

ABŞ Senatı cümə axşamı günü Eşton Karteri ölkənin yeni müdafiə naziri təyin olunmasını təsdiqləyib. O, Pentaqonun rəhbəri postunda Çak Heyqeli əvəzləyəcək.

Eşton Karterin lehinə 100 senatorun 93-ü səs verib. Əleyhinə isə 5 qanunverici çıxıb.

Təcrübəli idarəedici sayılan 60 yaşlı Karterin bu vəzifəyə namizədliyi ötən ilin sonlarında prezident Barak Obama tərəfindən irəli sürülüb. O, 2011-2013-cü illərdə Pentaqon başçısının birinci müavini postunu tutub.
1096 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber