Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2015

Türkiyədə terror aktı

Türkiyədə terror aktı baş verib.

Hadisə Şanliurfanın Suruç bölgəsində baş verib. Polis bölməsi yaxınlığında baş verən partlayışın nəqliyyat vasitəsilə həyata keçirildiyi deyilir.

Suruç rayonun girişindəki partlayışda xeyli sayda insan yaralanıb. İddiaya görə, polis bölməsi yaxınlığında dayanan nəqliyyat vasitələrindən birinə partlayıcı yerləşdirilib. Terror aktı yerli vaxtla saat 10:45-də baş verib.

Hadisə zamanı polislərdən də bir neçəsi yaralanıb. Vəziyyəti ağır olan yaralılar təcili tibbi yardım vasitəsi ilə yaxınlıqdakı xəstəxanaya aparılıb.

Hazırda təhlükəsizlik orqanları hadisə yerində araşdırma aparırlar./ans/
1344 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP
<