Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2015

Bakıda aksiya keçirildi

Bu gün 100-dək Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin üzvləri 23 ildir sığorta pulunu ala bilmədikləri üçün Milli Məclisin qarşısına toplaşıb.

Aksiyaçılar deyiblər ki, 1992-1994-cü illərdə gedən hərbi əməliyyatlar zamanı həlak olan şəxslərin ailə üzvləri dövlət icbari sığorta pulunu ala bilmirlər. Etirazçılardan bəziləri 10-cu dəfədir buraya gəldiklərini, ancaq problemin hələ də həllini tapmadığını söyləyib. Onlar Ağdamdan və Gəncədən bəzi şikayətçilərin maşınlarının Qaradağ rayonu ərazisində saxlanıb geri qaytarıldığını iddia ediblər.

Parlamentin Sosial siyasət komitəsinin üzvləri Hadı Rəcəbli və Musa Quliyev etirazçıları sakitləşdiriblər və 3-4 nəfərlə söhbət etmək üçün onları parlamentin binasına dəvət ediblər.
1538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
Go to TOP