Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2015

"Şou tamaşaçısı olan gəncdən vətənpərvərlik gözləmək olmaz"

“Azərbaycanda mövcud olan saysız-hesabsız qeyri-hökumət təşkilatlarının vətənpərvərlik tərbiyəsinə biganə münasibəti təəssüf doğurur. Yaxşı olmazmı ki, hansısa təşkilat vətənpərvərliklə bağlı ortaya maraqlı layihə çıxarsın”.

Bunu Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Rüfət Əmirov Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Azərbaycan Ordusu” qəzetində dərc olunmuş məqaləsində yazıb.

“Yaxşı olardı ki, qeyri-hökumət qurumlarının, ictimai təşkilatların nümayəndələri cəbhə bölgələrinə gedərək əsgərləri ziyarət etməyi məcburi kampaniya kimi başa düşməsin. Dövlət başçısı sərhəd bölgələrinə səfərləri zamanı əsgərləri də ziayarət edir, onlarla bir süfrə arxasında əyləşir”, - deyə polkovnik qeyd edib.

R. Əmirov vətənpərvərlik tərbiyəsinin təşkilində əhəmiyyətli rola malik olan mətbuat və televiziyanın bu məsələyə düzgün yanaşmadığını bildirib: “Silahlı Qüvvələrdə kifayət qədər təcrübəyə malik olan bir zabit kimi, həm də bir Azərbaycan vətəndaşı olaraq tam məsuliyyət hissi ilə qeyd etmək istərdim ki, ordumuzun güclənməsi və hərbi büdcəmizin əhəmiyyətli dərəcədə artırılmasına baxmayaraq, hələ də ölkədə gənc nəslin vətənpərvərlik tərbiyəsində yetərli uğurlardan danışmağa haqqımız çatmır. Səhərdən axşama qədər ucuz şou proqramlarına önəm verən televiziya və media qurumları ordu və cəmiyyət əlaqələrinin möhkəmlənməsinə deyil, tamamilə başqa məqsədlərə xidmət edir. Məncə, hansısa müğənninin sifarişi ilə hazırlanan şouların tamaşaçısı olan gəncdən vətənpərvərlik gözləmək sadəlövhlük olar. Həftənin yalnız bir günü, sərfəli olmayan vaxtda yarım saatlıq vətənpərvərlik verilişi hazırlamaqla tamaşaçıya vətən sevgisini aşılamaq mümkünsüzdür”./apa/
1234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
<