Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2015

Müharibə hələ yeni başlayır

Danışıqlar qurtardıqdan bir gün sonra Ukraynada münaqişənin Minsk planı razılaşması təhlükə altına düşüb.

"Tar Tass" xəbər verir ki, sülh planının öhdəliklərini yerinə yetirməyi nə rəsmi Kiyev nə də “Sağçılar”ın radikalları qəbul etmir.

Ukrayna prezidenti Minskdən qayıtdıqdan sonra ölkənin federallaşmasını rədd etdiyini bildirir. Daha sonra Ukrayna Daxili işlər naziri Pavel Klimkin separatçılar tərəfdə vuruşanlar üçün amnistiyasının mümkün olmadığını bildirib. Bu barədə xəbəri Forbes yayıb.

Eləcə də bu gün Donbas əməliyyatlarında silahlı birləşmələrə rəhbərlik edən radikal “Sağ sektor” Ukrayna təşkilatının lideri Dmitriy Yaroş açıq şəkildə Minsk planına riayət etməkdən imtina etdiklərini bildirib. Təşkilat əldə olunan bütün razılıqlara baxmayaraq müharibəni davam edəcəyini bəyan edir.

Xatırladaq ki, Rusiya, Almaniya, Fransa və Ukrayna başçılarının əldə etdikləri razılığa əsasən 15 fevral Kiyev vaxtı ilə 00.00-dan etibarən silahlı toqquşmaların dayandırılmasını nəzərdə tutur.

Hazırda separatçılar Debalsevo və Donetsk bölgəsi tərəfdə bir neçə minlik Ukrayna ordusu əsgərlərini mühasirədə saxlayır./ans/
1217 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP