Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2015

Azərbaycanda cəmi 11 şagirdi və 2 sinifi olan məktəb

Qazax rayonunun Abbasbəyli kənd ibtidai məktəbi qəzalı vəziyyətdədir. Sərhəd kəndi olan Abbasbəyli vaxtaşırı atəşə də məruz qalır. Məktəbin yerləşdiyi ərazi Ermənistan ordusu postlarının açıq hədəfindədir.

1970-ci ildə tikilən bu ilkin təhsil ocağında cəmi iki sinif var. Burada vur-tut 11 şagird oxuyur.

Sinfin biri 1-ci və 3-cü, digəri 2-ci və 4-cü sinifdə oxuyanların ixtiyarına verilib. Onlar növbə ilə oxuyurlar.

Döşəmə və tavanı çürüyüb dağılan bu siniflərin yağışlı-yağmurlu havalardakı halını təsəvvür etmək çətin deyil...

Məktəbin direktoru Günəş Əliyeva başqa bir çətinliyə diqqət çəkir: “Məktəb əlverişsiz yerdədir deyə elə olur uşaqları tənəffüsə də buraxmırıq ki, birdən Ermənistandan atılan güllə ona dəyər. Eyni otaqda iki sinfin birlikdə dərs keçməsinə gəlincə isə bu, komplektləşdirilmiş bir sistemdir. Biz neçə illərdir belə keçirik dərsləri”./azadlıq/
986 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...