Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2015

Bəhreyndə xalq hərəkatının dördüncü ildönümündə kütləvi aksiyalar keçirilib

Bəhreynin müxtəlif şəhərlərində 14 fevral xalq hərəkatının dördüncü ildönümü ilə əlaqədar kütləvi aksiyalar keçirilib.

İnterAz-ın "əl-Aləm"-ə istinadla verdiyi xəbərə görə, aksiyaçılar ölkədə siyasi məhbusların azad edilməsi, hakimiyyətdə islahatların aparılmasını tələb ediblər. Bəzi bölgələrdə isə Ali-Xəlifə hakim ailəsinin istefası tələb edilib. Aksiyalar zamanı müxalifət lideri və din alimi Şeyx Əli Salmanın dərhal azad edilməsi tələb edilib.

Müxtəlif şəhərlərdə keçirilən kütləvi aksiyalar sonda polis və təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə üzləşib.

Bir sıra bölgələrdə şiddətli toqquşmalar baş verib. Yaralıların olduğu bildirilir.

Qeyd edək ki, 2011-ci ilin əvvəlində ərəb ölkələrində siyasi islahatların aparılması tələbi ilə başlayan etiraz aksiyaları Bəhreyndə də baş verib. Lakin Bəhreyn müxalifəti digər ərəb ölkələri ilə müqayisədə etirazlarını dinc yolla davam etdirəcəklərini bildiriblər. Paytaxt Manamada 14 fevral 2011-ci ildə başlayan etiraz dalğası az sonra Səudiyyə Ərəbistanı ordusunun Bəhreynə girməsi ilə yatızdırılıb.
848 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber