Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2015

Azərbaycan və İranın gömrük buraxılış məntəqələri 24 saat işləyəcək

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan və İran gömrükçüləri arasında gömrük və sərhəd məsələləri ilə əlaqədar növbəti görüş keçirilib.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, görüş Azərbaycan Dövlət Gömrük Komitəsi və İran Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumunun müddəalarına müvafiq olaraq gerçəkləşib.
Görüşdə İran İslam Respublikasını Biləsuvar Gömrük İdarəsinin rəisi Siyavuş Surinin, Azərbaycanı isə Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin rəisi Sahib Axundovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil ediblər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahib Axundov iki ölkə arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərdən söhbət açıb.
Öz növbəsində İran nümayəndə heyətinin rəhbəri Siyavuş Suri azərbaycanlı həmkarları ilə növbəti görüşdən məmnunluğunu ifadə edərək, Azərbaycanla İran arasında qarşılıqlı dostluq və mehriban qonşuluq münasibətlərindən bəhs edib.
Sonra görüşdə Azərbaycan-İran gömrük-sərhəd buraxılış məntəqələri arasında cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər fiziki şəxslərin gediş-gəlişi zamanı yaranan çətinliklərin aradan qaldırılması, müəyyən olunmuş normalar əsasında əl yüklərinin buraxılması məsələlərinə toxunublar.
Bundan başqa, görüşdə 24 saatlıq iş rejiminə keçid, Naxçıvan Muxtar Respublikasından gələn nəqliyyat vasitələrinin yanacaq çənlərinə tətbiq olunan cərimələr və bir sıra digər məsələləri ətraflı müzakirə olunub.
İran İslam Respublikası Biləsuvar Gömrük İdarəsinin rəisi Səyavuş Suri 24 saatlıq iş rejiminə keçmək üçün artıq yekun işlərin görüldüyünü və Novruz bayramından sonra bu birgə fəaliyyətin gerçəkləşəcəyinə əminliyini ifadə edib./apa/
1239 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı