Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2015

Həkim terroru: daha bir ana qətlə yetirildi

Siyəzəndə ana ölümü baş verib.

Hadisə Siyəzən Regional Diaqnostika Mərkəzində baş verib.

Belə ki, Şabran rayon sakini, 1975-ci il təvəllüdlü Vəsiyyə Həmidova qeysəriyyə üsulu ilə əməliyyat olunub. Qız uşağı dünyaya gəlib. Uşağın vəziyyəti normal olub.

Əməliyyatdan sonra qadının da vəziyyəti yaxşı olub. Lakin bu gün səhər saatlarında qəflətən vəziyyət dəyişib. Tibb bacısı palatada uşağı bələyən zaman qadın halının pisləşdiyini deyib.

Reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin müayinə zamanı qadına ağ ciyər iltihabı diaqnozu qoyulub.

Diaqnostikanın baş həkimi Dadaş Hümbətovun verdiyi məlumata görə, bu qadının ilk hamiləliyi olub./ans/
975 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber