Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2015

Şamaxıda məhkəmə adına rəzalət - FOTOLAR

Bu şəkillər Şamaxı şəhər sakini Rövşən Qasımovun həyətində çəkilib.

3 mənzilli birmərtəbəli evin sol və orta mənzillərinin qarşılarındakı vəziyyəti əks etdirir.
Diqqətlə baxın. Soldakı qonşu həyətinin çəpərini sağdakı qonşunun həyətinin düz ortasından çəkib. Sağdakı qonşunun bir otağının pəncərəsi və evinin giriş qapısı qonşunun çəpəri tuşundadır. Çəpərdən sağda qalan yer sağ qonşunun həyətinə maşın girişidir.

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Nazim Nəsibov qətnamə qəbul edib ki, sağ qonşunun həyətinə girən həmin o yol da alınıb sol qonşuya verilsin.

Deyə bilərsinizmi sağ qonşu öz evinə hardan girməlidir? Bax budur Azərbaycanda məhkəmə adına fəaliyyət göstərən bazar. Soruşa bilərsiniz ki, məhkəmə bu ağılasığmaz qərarı niyə və necə qəbul edə bilib?
Ona görə ki, sol qonşunun qudası Eldar Nuriyev adlı şəxs Prezident Aparatında hansısa yüksək post tutur. Bu da sənə soldakı qonşunun və hakimin təkzibedilməz sübutu və arqumenti.
İndi Şamaxı məhkəmə icraçıları aciz qalıb: bu qətnaməni necə icra etsinlər?/moderator/








939 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:54
"Yeganə