Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2015

Yağış Sumqayıtı da bataqlığa çevirdi

Bu fotolar Sumqayıtın ən izdihamlı yerlərindən biri olan Sülh küçəsində - "Aeorokassa"nın yanında çəkilib. Foto çəkilərkən yolun kənarında bir ağsaqqal kişi dayanmışdı. Yanında da nəvəsi. Yolu keçmək onlar üçün müşkül bir məsələyə çevrilmişdi. Birdən məni gülmək tutdu. Elə bilməyin ki, onların halına. Qətiyyən! Özümə güldüm. Xeyr, başıma nə hava gəlib, nə də su. Məsələ orasındadır ki, içində olduğum avtomobilin mühərriki söndü, özü də o avtomobilin ki on dəqiqə əvvəl itələyib işə salmışdıq. Dostum ha illah elədi, mühərrik işə düşmədi ki, düşmədi. Dediyinə görə maşının altında "zaşitnik" olmadığından hansısa naqilə su düşüb, ya da "starter" idi. Və qayıdıb dedi ki, "nağayracuuyuğ aa"? Gərək düşüb itələyək... Bax bu vəziyyətə gülməyəsən, neyləyəsən?!
Nədir, gop oldu, hə?! İnanmadınız?! Bəs "abad yollar çəkilir, təmir edilir, infrastruktur layihələri icra edilir" adı altında həzm-rabedən keçirilib həmin tutulmuş kanalizasiyaya axıdılması nağılına niyə inanırsınız?! Gərək mən də kostyum geyinib qalstuk taxım ki mənə inanasınız?!
Şəhər yolları axıntıya maili şəkildə çəkilməli və mütləq yağış sularının axıdılması üçün gecle kanalizasiya sistemi ilə təchiz edilməlidir. Sumqayıtda harda belə yol var? Deyin, həm biz bilək, həm də aidiyyəti qurumlar. Heç olmasa çıxış yolu tapalar...
Ən azından su gur olan küçələrdə sakinləri yolun bu başından o başına keçirmək üçün səyyar qayıqlar gətirələr. Nə olar ki, könlü balıq istəyənin... \Xeberle.com\



941 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber