Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2013

Bin-Ladəni satdığı üçün həkimi ittiham olunur

Pakistan polisi «əl-Qaidə» beynəlxalq terror şəbəkəsinin lideri Hüsamə bin-Ladenin şəxsi həkimi Şakil Əfridiyə qarşı ittiham irləi sürüb.

Lent.az-ın «BBC» istinadən məlumatına görə, bin-Ladenin tutulmasında Mərkəzi Kəşfiyyat İdarəsinə yardım etdiyi üçün ona qarşı ittiham irəli sürüldüyü
ehtimal edilir.

Ancaq rəsmi ittihamda isə bildirilib ki, həkim 8 il öncə Pakistanın şimal-qərbində bir pasientin ölümündə suçlu bilinir.

2011-ci ildə Şakil Əfridi «dövləti xəyanətdə suçlu» bilinərək, tayfa məhkəməsi tərəfindən saxta vaksinasiya təşkil etməkdə ittiham edilmişdi. Bu proqramın məqsədi genetik göstəriciləri toplamaq olub. Həmin məhkəmə bu tədbiri qanunsuz sayıb. Bu həm də Üsamə bin –Ladənin yerinin müəyyən edilməsinə yardım edib.

2012-ci ilin mayında məhkəmə Əfridiyə 33 il iş kəsib. O vaxtdan həkim Peşavardakı həbsxanada saxlanılır.

Mənbənin xatırlamasına əsasən, bu ilin avqustunda Pakistan mərkəzi hakimiyyəti tayfa məhkəməsinin qərarını ləğv edərək, işə yenidən baxılması üçün məhkəməyə göndərib.
1911 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP