Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2015

Siyəzəndə ana ölümündə ürəkparçalayan

Siyəzəndə ana ölümü ilə bağlı yeni detallar məlum olub.

Şabranın Uzunboyad kənd sakini olan 1975-ci il təvəllüdlü Vəsiyyə Həmidova 18 il sonra ilk dəfə hamilə qalıbmış. Ailənin 18 il intizarla gözlədiyi övlad sağ olsa da, ana doğuşdan iki gün sonra qəfildən dünyasını dəyişib. Ölümdə həkim səhlənkarlığı istisna olunmur.

Hadisə Siyəzən Regional Diaqnostika Mərkəzində baş verib. Tibb bacısı palatada uşağı bələyən zaman qadın halının pisləşdiyini deyib. Reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. İlkin müayinə zamanı qadına ağ ciyər iltihabı diaqnozu qoyulub./axar/
1273 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP