Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2015

Fevralın 17-dən Azərbaycanda hava şəraiti dəyişəcək

Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək
Azərbaycanda hava şəraitinin dəyişməsi haqqında ilkin xəbərdarlıq yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib ki, mülayim hava şəraitindən sonra fevralın 17-dən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək.
Qeyd edilib ki, bir daha dəqiqləşdirilmiş məlumat ictimaiyyətə təqdim olunacaq.
Fevralın 15-nə olan hava proqnozuna gəlincə, Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim-cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
839 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07