Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2015

30 məcburi köçkün ailəsi uzun illərdir ibtidai insan həyatı yaşayır

Bura Bakı şəhəri Nizami rayonunda yerləşən 2 saylı Dəmir-Beton Zavodunun ikimərtəbəli məişət evi olub. 20 ildən artıqdır ki, bu kiçik ərazidə Cəbrayıl və Füzuli rayonundan olan təxminən 30 məcburi köçkün ailəsi məskunlaşıb. Hamının “JB” adlandırdığı bina ilə qəbiristanlığı cəmi 5-10 addımlıq yol ayırır. Bəlkə elə buna görədir ki, yolun hər iki tərəfindəki sakinlərin arasında cəmi bir fərq var: qəbirdən çıxıb yolun o biri tərəfinə keçmək mümkün olmasa da, əks istiqamətdə gedənlərin üzünə qapı həmişə açıqdır.
Bu binada qəbiristanlıq sükutu hökm sürür. Elektrik enerjisi kəsiləndə, “İliç lampaları” sönəndə burda həyat da sönür. Çünki qəbiristanlıq kimi burda da yandırmağa qaz yoxdur. Sükutu isə yalnız yağışlı havada mənzilə (belə demək mümkündürsə) damcılayan yağışın adamın düz beyninə işləyən səsi, bir də həyəti ağzına alan yağış sularının yaratdığı keçilməz gölməçə üzündən bayırda topunu oynada bilməyib, hoqqasını dar dəhlizdə çıxarmağa məcbur olan azyaşlı uşuqların qara qoparağı, yazda qurbağaların qurultusu, yayda ağcaqanadların vızıltısı pozur. Aşağıdakı fotolar da bu mənzərə haqda aydın təsəvvür yaradır.
Amma bu hamısı deyil. Həyətdəki XXI əsrin orta əsr əyalətlərinə məxsus hamam-tualet əsl muzey materialıdır. Bu ərazidə yağışlı havada həyətə çıxmaq üçün qurd ürəyi yeməli, ya da bol-bol dua etməlisən ki, yağış həddini aşıb dəhlizə, ordan da “mənzilə” təpilməsin.

Amma bu da hamısı deyil. Əksəriyyəti darısqal, birotaqlı olan tam şəraitsiz binada oğul evləndirib, qız köçürməyin nə demək olduğunu anlamaq da çətin olmaz, yəqin. İmkansızlıqdan yaşı ötmüş subaylar da az deyil. Gəlib gedən, maraqlanan da yoxdur... Əslində var: 10-15 ildir gəlib gedir, ölçüb-biçir, siyahıya alıb geri dönürlər. Kimlikləri də bəlli deyil.
Bina sakinləri uzun illərdir ümidlərini hansısa məchul bir iş adamına, biznesmənə bağlayır ki, kimsə ərazini alıb ya hansısa məbləğ ödəyər, ya da alababat şəraitli mənzilə köçürər. Ortada isə konkret heç nə yoxdur. Nə vaxt olacağı da bəlli deyil. Məlum olan təkcə odur ki, lap yaxınlıqda sakinlərin köçə biləcəkləri son mənzil - qəbiristanlıq var.../moderator/









1273 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı