Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2015

Lukaşenko: “Putinə dedim ki, sən sakit ol...”

Belarus prezidenti Aleksandr Lukaşenko “Normandiya dördlüyü” ölkələri liderlərinin Minsk görüşünün təşkilinə dair təfərrüatları açıqlayıb.

Lukaşenko rusiyalı həmkarı Putinlə görüş öncəsi danışıqlarının bəzi detallarına aydınlıq gətirib.

“Minsk görüşünün keçirilməsini Putinlə hələ Soçidə razılaşdırmışdıq. Onda Putin mənə belə sual vermişdi: “Bəs sən bu görüşü təşkil edə biləcəksənmi? Axı bu, təhlükəsizlik baxımından elə də asan məsələ deyil...”

Mən isə Putinə belə dedim: “Qulaq as, Vladimir Vladimiroviç, sən sakit ol. Hər şey qaydasında olacaq. Axı özün də bilirsən ki, Belarusda hər şeyi yaxşı bacarırlar və biz hər işi ən yüksək səviyyədə təşkil edəcəyik, hər şeyi ən yüksək şəkildə yoluna qoyacağıq” - deyə Lukaşenko bildirib.

Qeyd edək ki, Putinlə Lukaşenko Minsk görüşündən əvvəl Soçidə bir araya gələrək bir sıra məsələlər ətrafında müzakirələr aparıblar./virtualaz/
1051 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:26