Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2015

Kopenhagendə növbəti hücum: sinaqoq gülləbaran edildi, 3 nəfər yaralandı

Danimarkanın paytaxtı Kopenhagendə növbəti silahlı insident baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, silahlı şəxslərin sinaqoqu atəşə tutması nəticəsində ikisi polis əməkdaşı olmaqla 3 nəfər yaralanıb.

Məlumata görə, yaralananlardan biri başından güllə yarası alıb. Polis əməkdaşlarından biri qolundan, digəri isə ayağından yaralanıb.

Polis hələlik sinaqoqa silahlı hücum və ötən axşam kafedə baş vermiş atışma arasında əlaqənin olması barədə heç bir açıqlama verməyib. Məlumata görə, kafeyə hücum edən şəxs hələ də saxlanılmayıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Danimarkanın paytaxtı Kopenhagendə kafedə atışma zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

“BBC”-nin verdiyi xəbərə görə, hücum baş verən an kafedə din və söz azadlığı mövzusunda tədbir keçirilib. Yaralananların polis əməkdaşları olduğu bildirilir. Silahlılar kafeni gülləbaran etdikdən sonra hadisə yerini avtomobildə tərk ediblər.

Qeyd edək ki, tədbirdə Məhəmməd peyğəmbərin karikaturalarının müəllifi İsveç rəssamı Lars Vilks və Fransanın Danimarkadakı səfiri də iştirak edib. Hücum nəticəsində onlar xəsarət almayıb.

Polisin məlumatına görə, hücum zamanı silahlılar kafeyə 40-dan çox atəş açıblar.

Polis hücumu terror aktı adlandırıb. İlkin versiyaya görə, hücum rəssam Lars Vilksə sui-qəsd törətmək məqsədi ilə həyata keçirilib./apa/
792 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...