Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2013

Vladimir Putinin cavabı R.T.Ərdoğanı güldürdü

Sual “Greenpeace” təşkilatının sərbəst buraxılan türk əsilli üzvünün vətəninə dönməsi ilə bağlı olub

Jurnalistin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana ünvanladığı suala Vladimir Putin maraqlı cavab verib. İnterAz-ın "TRT haber" kanalına istinadən verdiyi məlumata görə, jurnalistin Ərdoğana Türkiyəyə qayıdanda Gizəm Akhanı özünüzlə aparacaqsınızmı sualına Putin gülümsəyərək cavab verib:

"Ərdoğan Sankt-Peterburqda xanımı ilə gəlib. Bu necə sualdı soruşursunuz? Bildiyim qədəri ilə baş nazir xanımı ilə Ermitaj müzeyini gəzəcək".

Putinin bu ifadələrindən sonra Ərdoğan və konfrans iştirakçıları xeyli gülüb. Türkiyə baş naziri Putinin sözlərini təsdiqləyərək xanımı ilə Ermitaj müzeyini gəzəcəklərini bildirib.

Xatırladaq ki, Türkiyə vətəndaşı Gizəm Akhan Rusiyada keçirilən qanunsuz “Greenpeace” aksiyasında iştirak etdiyi üçün 2 aydır rus polislər tərəfindən saxlanılıb. Daha əvvəl Murmansk şəhərində təcridxanada olan Akhan daha sonra Sankt Peterburq şəhərinə köçürülüb. Bu gün məhkəməsi keçirilən Gizəm Akhan sərbəst buraxılsa da məhkəmə prosesi davam edir.
2001 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21