Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2015

Həftənin bıçaqlaşmaları...

Bu həftənin krimxronikası da amansız qətllər və cinayətlər dosyesi ilə “zəngin”dir.

İki qətl daha çox diqqət çəkir. Hər iki hadisə qayın-yeznə arasında baş verib. Biri DVD üstündə, digəri isə bacısının nişanlısını evlərinə tez-tez gəldiyi üçün öldürüb.

***

Əvvəlcə, Sabunçunun Muxtarov qəsəbəsində bıçaqlanma hadisəsinə nəzər salaq. 15 yaşlı Zemfira Abbasova ilə bacısı arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən Zemfira əlini bıçağa atıb və bıçağı özünün qarın nahiyəsinə sancıb. Hadisə baş verən vaxt 15 yaşlı məktəblinin valideynləri evdə olmayıblar. Qarın nahiyəsindən ağır bıçaq zərbəsi alan yaralını da elə qonşular 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar.

***

Sabirabaddan olan Əfqanıstan veteranı Teymur Həsənli Saatlının Mustafabəyli kəndində bıçaqlanıb. Raziyyə Şəmmədova Teymur Həsənlinin avtomobili ilə axşam saatlarında orada yaşayan qızıgilə gəlib.

Raziyyə Şəmmədova qızıgildə olduğu müddətdə Teymur Həsənli onu küçədə avtomobilində gözləyib.
Bu zaman bir nəfər ona yaxınlaşaraq, orada dayanmamağı tələb edib və ərazidən uzaqlaşıb. Az sonra isə həmin şəxs yenidən əraziyə qayıdıb və Teymur Həsənliyə hücum edərək bıçaqla xəsarətlər yetirib. Hadisəni törədən Mustafabəyli kənd sakini Behbud Şəmmədov polis tərəfindən saxlanılıb.

***

Bakıda isə qətl hadisəsi baş verib. Hadisə Maştağa-Zabrat şossesi, Yeni Yaşayış massivində qeydə alınıb.1993-cü il təvəllüdlü Elvin Cavadov aralarında yaranan münaqişə zəminində bacısının nişanlısı, 1991-ci il təvəllüdlü Habil Abdullayevi bıçaqlayaraq qətlə yetirib. E.Cavadov ilkin ifadəsində bacısının nişanlısının onların evinə tez-tez gəldiyi üçün öldürdüyünü bildirib.

Qətllə bağlı ilkin versiya bundan ibarətdir ki, qətlə yetirilən Habil Abdullayev nişanlısıgilə gedibmiş. O, gələcək qayınatası Elşən Cavadovdan nişanlısı ilə görüşmək üçün icazə istəyib. Qızın qardaşı Elvin Cavadov isə buna etiraz edib. Mübahisə zəminində o, bacısının nişanlısına bir bıçaq zərbəsi vurub, ürək nahiyəsindən xəsarət alan 24 yaşlı gənc dünyasını dəyişib.

***

Fevralın 10-da Biləcəri qəsəbəsində öz qayınını qətlə yetirən Əfqan Yusibov hadisənin təfərrüatını açıqlayıb.
O bildirib ki, qayını, həm də əmisi oğlu Vüqar Salmanovla birlikdə yeyib-içiblər. Məclisdə Vüqar Salmanovun qardaşı Kazım da iştirak edib. Vüqar yeznəsi Əfqana deyib ki, qohumları televizor və DVD aparatı satır. O, televizoru özünə, DVD aparatını isə Əfqana alacağını vəd edib. Yeyib-içən qohumlar üçlükdə avadanlıqları almağa gediblər.

Televizor və DVD aparatını alan Vüqar Salmanov son anda fikrini dəyişib və hər ikisini özünə götürəcəyini deyib. Bu səbəbdən Əfqan Yusibovun əmisi oğulları Vüqar və Kazım Salmanovlarla mübahisəsi düşüb. Mübahisə zamanı DVD aparatı yerə düşüb və sınıb.

Həmin vaxt ayrılan qohumlar bir qədər sonra yaşadıqları evin qarşısında bir daha üz-üzə gəliblər. Əfqan Yusibovun sözlərinə görə, qayını Vüqar Salmanov evdən bıçaq da götürüb. Dava zamanı bıçağı qayınının əlindən alan Əfqan ona ürək nahiyəsindən bir zərbə endirib. Vüqar Salmanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

***

Bakıda gənc oğlanın boğazını kəsiblər. 24 yaşlı Əşrəf Hüseynov yaralı xəstəxanaya aparılıb. Hazırda istintaq aparılır. Şəmkirin Qaralar kəndində də bıçaqlama faktı qeydə alınıb. 33 yaşlı Samirə Abbasovanı ailə münaqişəsi zəminində həyat yoldaşı 42 yaşlı Etibar Abbasov bıçaqlayıb./axar/
958 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı