Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2015

Cəlilabad icra hakimiyyətində sələmçiliyin əsasını kim qoyub?

Sözü gedən rayonda 21-ci əsr sələmçiliyinin əsasını icra başçısının səlahiyyətli nümayəndəsi olan Dürdanə Əliyeva qoyub

Deyir bu rayonlarda baş verənləri və icra başçılarının fəaliyyətinə baxanda insan bir anlığa da olsa, yenidən daş dövrünə, paliolitdəki vəhşi və ədəb-ərkan bilməz insanların hüzuruna düşdüyünə inanır. Bu icra başçıları və onların müavinlərini sanki illərlə ac-yalavac bir otağa qapadıb sonra kürsünü göstərirlər. Onlar da ac adam ola, bir dən də düşələr kürsüyə, qaymağa, vara-dövlətə… İndi deyin görüm bu cür təyinatların gözü xalqı, milləti, camaatı görərmi?

Sonolay.org-un verdiyi məlumata görə, Cəlilabad icra başçısının müavini Dürdanə Əliyeva cəlilabad şəhərində sələmçilik fəaliyyəti ilə özünə əməlli-başlı ad qazanıb.
Redaksiyamıza daxil olan sensasion məlumata görə, 2 ildən artıqdır ki, Cəlilabad rayon İcra Hakimiyyətində icra başçının ictimai-siyasi və hümanitar məsələləri üzrə müavini vəzifəsində işləyən Dürdanə Əliyeva sözün əsl mənasında özünü dür kimi göstərib, danəlik edir. Etibarlı mənbəmiz bildirir ki, D. Əliyeva rayonda daha çox “sələmçi Dürdanə” adı ilə məşhurdur. Belə ki, Dürdanə Əliyevanın rayonda yüksək faizlə, yəni “sələmə” pul verdiyi də bildirilir. Hətta bəzi rayon camaatı Dürdanə Əliyevanın sələmə pulu yüksək faizlə verdiyini də etiraf ediblər. Beləliklə Cəlilabadda 21-ci əsr sələmçiliyinin əsasını icra başçısının səlahiyyətli nümayəndəsi olan Dürdanə Əliyeva qoyub.

Sələmə pul verib haram pul qazanmağa əli öyrəşən Dürdanə Əliyeva, sən demə, başçı müavini vəzifəsinə təyin edilməzdən əvvəl 2 saylı orta məktəbində rus dilini bilmədiyi halda, rus dili müəlliməsi işləyib. Mənbənin verdiyi xəbərə görə, D. Əliyevanın hətta cəmisi 10 gün məktəbdə direktor vəzifəsində işləyib. Yəni Dürdanə xanım cəmi 10 gün direktor işləyib, on birinci günü şansı üzünə gülüb və o, rayon icra hakimiyyətinə başçı müavini vəzifəsinə qədər yüksəlir. Adamda gərək ki, bəxt ola… camaat illərlə məktəbin koridorlarında saçını süpürgə etsə də nə ona vəzifə verən var, nə də düz əməlli maaş… Görün indi bu sələmçi ləqəbinə layiq görülmüş Dürdanə xanımın on barmağında on mərifət var ki, on gündən bir vəzifə deyişir… Əks halda bunu necə anlamaq olar? Çünki idarəçilik təcrübəsi olmayan bir şəxsin belə bir strateji posta təyin edilməsi mümkün olmadığı üçün on günlük direktorluq praktikası alan kimi mümkünsüzü mümkün etməyi bacarıb. Deməli Dürdanə xanımın müavin təyin edilməsi planlı şəkildə və məhz kiminsə dəstəyi ilə başa gəlir. Dəstəkdən söz düşmüşkən, qeyd edək ki, rayon icra başçısı Əziz Əzizovun D. Əliyevanı irəli çəkərək özünə müavin təyin etməsinin bir çox qaranlıq məqamlarının olması haqqında da söz-söhbətlər səngimək bilmir.
785 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11