Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2015

Danimarka polisi şübhəlini vurdu

Danimarkada paytaxtın mərkəzindəki kafeyə hücum edən yaralanıb.

Bunu polis qüvvələri mətbuat konfransı zamanı bildirib. Danimarka polisi atəş edənin izinə düşdüyünü açıqlayıb.

Polisin dəmir yolu stansiyası tərəfdə şübhəli ilə atışmaya düşdüyü deyilir. Brifinq zamanı hüquq mühafizə orqanları xəbər veriblər ki, polislə atışma zamanı güman edilən cinayətkar yaralanıb.

Xatırladaq ki, dünən gün ərzində Danimarkanın paytaxtında iki silahlı hücum baş verib. Paytaxtın mərkəzində "Krudttoenden" adlı Caz Kafeyə təşkil edilən hücumda 1 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb. Bundan bir neçə saat sonra isə paytaxda yerləşən sinaqoqa silahlı hücum olub. Hər iki hadisə zamanı silahlı şəxs gizlənə bilib. Hadisələrin bir biri ilə bağlılığı araşdırılır./ans/
896 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı