Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2013

"Gülər Əhmədova da Sevinc Babayeva kimi öləcək"

Noyabr ayının 18-də "mandat alveri” olayında adı hallandırılan, mərhum Sevinc Babayevanı Türkiyədə himayə edən iş adamı Səlcuq Ağlayana bəraət verilib. Üzərində cinayət işi olan, həbs olunmasa da, ölkədən çıxışına yasaq qoyulan iş adamı barəsində sözügedən tarixdə sayca dördüncü məhkəmə keçirildi və sözügedən qərar verildi.

Biz də S.Ağlayanla söhbətimizdə son qərarın təfərrüatları və bundan sonra atacağı addımlarla bağlı danışdıq.

- Səlcuq bəy, keçmiş olsun deməklə yanaşı, bilmək istərdik ki, barənizdə bəraət qərarının verilməsi nə ilə bağlı oldu? Əlavə  dəlillər, sübutlarmı qoyuldu ortaya?
- Bu qərar onu göstərir ki, mən günahsızam. Zatən ilk gündən də bunu deyirdim, ədalət qalib gəldi nəticədə. Amma bu müddət ərzində  ölkədən çıxa bilmədim. Bütün işlərim, iş bağlantılarım ölkə xaricindədir. Tamamən ölkədən çıxmam dayandırılmışdı. İş əlaqələri  qurduğum xaricdəki insanlarla yenidən əlaqələri bərpa edəcəm. Bir sözlə, iş həyatımı yenidən qaydasına salacam.

- Azərbaycana gəlib Sevinc Babayevanın qəbrini ziyarət edəcəyinizi demişdiniz daha öncə. Bu səfər yaxın zamanlarda mümkündürmü?
- Azərbaycana gəlmək istəyirdim. Amma orada  nəzarət altına alınmağım, saxlanmağım təhlükəsi var. Başqa bir şeyi bəhanə gətirib,  mənə problem yarada da bilərlər, mən bunu göz önünə almışam.

- Daha öncə Gülər Əhmədovanın işini aparan müstəntiq Emzar Qocayevin Türkiyəyə gələrkən sizinlə qeyri-demokratik davrandığını və bu  barədə üzərinizdən xaricə çıxma yasağı qaldırılandan sonra açıqlama verəcəyinizi demişdiz. Bu davranışlar nədən ibarət idi?
- Məsələn, Emzar Qocayev mənə deyirdi ki, "bizim sizinlə heç bir problemimiz yoxdur. Sadəcə Gülər Əhmədovanın adını, onu  tanıdığınızı bizə deyin. Əks halda, biz sizin hər bir işinizi araşdıracağıq”. Mən də ona dedim ki, birincisi, belə bir iddia doğru  deyil. İkincisi də mən öz ölkəmdəyəm, bu ölkədə də demokratiya var, təhdidləriniz heç bir işə yaramayacaq, təhdidlə heç nəyə nail  ola bilməzsiniz". Mən sadəcə bunu anlamıram: Elşad necə bir gücdür ki, orda prokurorlara, hakimlərə bir sözü ilə istədiyini  elətdirir? Çox güman ki, onların hamısının kasetləri var onun əlində, ona görə də onları istədiyi kimi yönləndirə bilir, hakim  ədası ilə prosesi yönləndirir də deyə bilərik. Hətta mənim haqqımda "qatil” deyib. Mənim qatil olmadığım üzə çıxdı. Elşad  Abdullayev özü qatil olduğu üçün qarşısındakı insanları da qatil hesab edir. Amma Türkiyənin hüquq-mühafizə orqanları mənimlə bağlı  ən incə nöqtəyə qədər araşdırma apardılar. Sübut edildi ki, mən sırf insani nöqteyi-nəzərdən bu işdə olmuşam, mərhum Sevinc  Babayevaya yardım etmişəm. Amma sizin istintaqdakı insanlar şahidlərə qorxu, hədə, hətta fiziki zorla istədiklərini dedizdirirlər.

- Sizin üzərinizdən xaricə çıxma qadağasının götürülməsi ilə Gülər Əhmədova barəsində məhkəmə prosesinin də təxminən yekunlaşması -  hökmün verilməsinə bir neçə gün qalıb - təsadüfdürmü? Hər iki hadisə arasında bir neçə günlük fasilə var. Sizcə bu, nə ilə  bağlıdır?
- Bunu təsadüf olaraq qəbul etmirəm. Çünki mənim də diqqətimi çəkən məsələdir. Noyabrın 18-də ona iş istədilər, 20-də də mənim  üzərimdən bu qadağanı götürdülər. Əslində bu, mənim sayca dördüncü məhkəməm idi. Amma sanki məni nəzarətdə saxlayırdılar, elə bir  sürəclə yarışdıq biz. Türkiyə hakimləri, məhkəmə sistemi Azərbaycandakından fərqlidir.  

- Sizi kim və niyə nəzarətdə saxlamaq istəyirdi?
- Hər halda mən bu təzyiq və nəzarətin olduğu qənaətindəyəm. Mən Gülər Əhmədovanı tanımıram, onun özü, məhkəməsi barədə sizin  mediada yer alan yazıları oxuyuram. Qənaətimə görə, onun heç bir günahı yoxdur. Suçu olan insan gedib Fransada oturub. Mən belə  başa düşünürəm ki, Gülər Əhmədova da öləcək. Elşad Abdullayev Fransadan, media vasitəsilə ona o qədər psixoloji təzyiq göstərəcək  ki, ürəyi dözməyib öləcək. Çünki eyni hadisələr Sevinc Babayeva ilə bağlı da baş vermişdi. O da bənzər psixoloji təzyiqlə İstanbula  gəlmişdi, Elşad Abdullayev hər gün ordan bir bəyanat verir, kasetlər yayırdı. Sevinc xanımın ürəyi buna dayanmadı axırda. Təəssüf  ki, biz o zaman bunun fərqində olmamışdıq. Amma indi də Gülər xanımın ürəyi partlayacaq. Çünki Elşad Abdullayev bu işin  professorudur. Anladığım qədər ilə əlində hamının kaseti var. İstədiyi ilə oynayır, istədiyini təhdid edir. 

- Daha öncə demişdiz ki, üzərinizdən xaricə çıxma yasağı götürüləndən, barənizdəki cinayət işi bağlanandan sonra bizə maraqlı  məlumatlar verəcəksiz. Onu nə zamana gözləyək?
- Yaxın zamanda gözləyin. 15 günlük bir sürəcimin keçməsi lazımdır. Ondan sonra Azərbaycan ictimaiyyəti, xalqı məndən bir şeylər  gözləsin. Xüsusən də Elşad Abdullayev. 

- Əlinizdə onunla bağlı nəsə sənədlər var?
- Yaxın zamanda görəcəksiz. Fikirlərimi söyləyəcəm, tələsməyin.

- Sevinc Babayevanın oğlu Ayxanın sizdən pul istəməsi ilə bağlı redaksiyamıza xəbər çatdırılmışdı. Ayxan bəy bunu təkzib etsə də,  sizin də məsələ ilə bağlı mövqeyinizi bilmək istərdik.
- Elə bir şey yoxdur. Ayxan ağıllı uşaqdır. O da məndən pul ala bilər, mən də ondan. Aramızda belə bir şey söz konusu deyil və bu  da heç kimi maraqlandırmır. Bizim onunla aramızda belə bir dostluq var. Ayxan ağıllıdır və bundan sonra da öz yolunda ağılla  irəliləyəcəyinə inanıram. 

- Gülər Əhmədovanın işində siz də şahid idiz və ifadəniz məhkəmədə elan edildi. Bəs niyə prosesə qatılmadınız? Dəvət gəlmədi, yoxsa  özünüz gəlməkdən imtina etdiz?
- Şahid olaraq məhkəmədə olmaq istəmədim. Ora gəlib, ifadə verib-verməmə mənim istəyimə bağlı bir şeydir. Mənə zorla məhkəmədə  ifadə verdirə bilməzlər. Mən istəsəm ifadə verərəm. Demokratiya da budur zatən.

- Yəni sırf şəxsi istəyinizlə bağlı oldu. İstəmədiyiniz üçün ifadə vermədiniz...
/Musavat/
2002 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08