Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2015

Qasim Süleymaninin sözü dünyada böyük əks-səda doğurdu

“Qüds” generalı Qasim Süleymaninin “Artıq İŞİD-in ömrünün sonu yaxındır!” – sözü dünyada böyük əks-səda doğurub!

General Qasim Süleymaninin Kermanda İİR-ın qələbəsinin 36-cı ildönümü münasibəti ilə təşkil edilən mərasimdə söylədiyi nitqi dünya informasiya vasitələrində özünə geniş yer alıb.

Cənab general bildirib ki, İŞİD və o cümlədən, digər terrorist qrupların İraqda və Suriyadakı son ardıcıl məğlubiyyətləri onların ömrünün sonuna yaxınlaşdığını göstərir. Artıq regionda – Bəhreyn, İraq, Suriya, Yəmən və hətta şimali Afrikada belə İslam İnqilabının əlamətləri tamamilə müşahidə olunur. Dünya hegemonizmi, o cümlədən, beynəlmiləl sionizm Müqavimət cəbhəsinin önündə daim uğursuzluqlarla üzləşir, İİR-ın müqabilində aciz olduğunu günbəgün etiraf edirlər.

Amerikanın “Yahoo News”, Birləşmiş Ərəb Əmirliklərinin “əl-Ərəbiyyə”, İsrailin “Arotz Şva”, İngiltərənin “Daily Star”, Avropanın “Azadlıq radiosu” və digər xəbər agentlikləri Qasim Süleymaninin İŞİD-in ömrünün sonu ilə əlaqədar fikrini müxtəlif başlıqlarla xüsusi qeyd ediblər.

 

 

 

 

 

 


1203 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı