Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2015

İŞİD Mosulda 3 həkimi də diri-diri yandırıb!

Nur-az.com-un mashregnews.ir-a istinadən:
İŞİD-in terrorist qrupları sanki baş kəsməkdən yorularaq qəddarlıqlarını nümayiş etdirən yeni əyləncəyə əl atmış, günahsız insanları diri-diri yandırmağı yeni peşə seçmişlər. Son məlumata görə, onlar Mosulda üç həkimi də belə amansızlıqla qətlə yetirmişlər.

İraqın “Dəclə” xəbər portalının verdiyi məlumatda Mosulun Həmkarlar Şurasının üzvü Müvəffəq Əbdülməcid Tai bildirib ki, onlar bu cinayəti həmin həkimlərin cərrahi əməliyyatda İŞİD-in bir komandirinin canını xilas edə bilmədikləri zaman həyata keçiriblər.
O, deyib ki, hamı, o cümlədən, həkimlər belə Mosuldan qaçmaq fikrindədir. Çünki terrorist ünsürlər üçün insanların canı heç bir əhəmiyyət daşımır.

Bundan əvvəl də, İraqın İnsan Hüquqları Müdafiə Mərkəzi terrorist qrupların yeddi həftə ərzində Neynəva, əl-Ənbar və Səlahəddin vilayətlərində yerli əhalinin gözü qabağında 23 nəfər insanı diri-diri yandırdıqları barədə məlumat yaymışdı. Onların İordanıyalı təyyarəçinin başına gətirdiyi həmin vəhşilikdən başlayaraq belə amansızlıqları dünya ictimaiyyəti tərəfindən hədsiz nifrətə səbəb olub.
889 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21