Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2015

İsa Qəmbər başqanlığa qayıdır

Müsavat Partiyasında beş varən siyasi qalmaqal, qurum daxilindəki qarşıdurmalar İsa Qəmbərin yenidən başqan olmasını zəruri edir. Arif Hacılının Müsavat başqan olmasından sonra partiya içərisindəki çalxalanma ictimai müzakirələrə çıxarıldı. Qubad İbadoğlunun öz tərəfdarları ilə birgə Azərbaycan Demokratiya və Rifah Hərəkatı yaratması, onun Arif Hacılıya qarşı barışmaz mövqeyi, nəhayətdə Müsavatın liberal qanadının başında duran Qubad İbadoğlunun partiyadan kənarlaşdırılması yaranan gərginliyi bir az da alovlandırdı. Partiya içərisindəki qruplaşmaların toqquşan maraqlarının açıq müstəvidə müzakirəsi isə Müsavatın illərdən bəri əzab əziyyətlə əldə etdiyi və son zamanlar onsuz da zəifləyən nüfuzuna daha çox xələl gətirir. Belə bir məqamda isə təşkilat daxilində belə də düşünənlər var ki, İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı olarsa, itirilmiş nüfuzu müəyyən mənada kompensasiya etmək olar. Müsavat Partiyasındakı mənbələrdən Modern.az-a daxil olan məlumata görə qurum yenidən qurultay keçirib, İsa Qəmbəri başqan seçmək istəyir. Əldə etdiyimiz məlumata görə İsa Qəmbərin yenidən Müsavat Partiyasının rəhbərliyinə gəlişini gözləyənlər də az deyil və bu istiqamətdə səy göstərir. Partiyadadan daxil olan məlumatda o da bildirilir ki, Müsavatın indiki rəhbərliyi perspektivdə problemlərin öhdəsindən gələ bilməyəcək və qalmaqallar daha da böyüyəcək. Buna görə də düşünürlər ki, İsa Qəmbər Müsavat başqanı olarsa, partiya əvvəlki nüfuzuna qayıda bilər. Məsələ ilə bağlı İsa Qəmbərin isə dəqiq və aydın mövqeyi yoxdur. Görünən isə odur ki, İsa Qəmbər həqiqətən də Arif Hacılıya etibar edir və bəlkə də bu səbəbdəndir ki, onun alovlu tərəfdarıdır./modern/
934 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı