Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2015

Dünya turuna çıxmış səyyah Bakıda öldü

82 yaşlı səyyah xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb

Bakıda Finlandiya vətəndaşı ölüb. Bu günlərdə Finlandiya vətəndaşı, 1933-cü il təvəllüdlü Teminen Anto Valker ağır vəziyyətdə Parlament prospektində yerləşən Mərkəzi Klinik Xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq 82 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, A.Teminen dünyada tanınan səyyahlardan biri olub və növbəti dəfə dünya turuna çıxıbmış.

Səyyahın ürək tutmqasından öldüyü güman edilir. Faktla bağlı araşdırmalar aparılır. Məşhur səyyahın cənazəsi artıq vətəninə göndərilib./lentaz/
961 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber