Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2015

İran: Düşmənin nəfəsini də izləyirik

Nur-az.com-un Fars News agentliyinə istinadlı məlumatına əsasən, bunu İranın Xatəm əl-ənbiya (s) Hava Hücumundan Müdafiə qərərgahının rəisi General Fərzad İsmaili bildirib.

O deyib: 3 min kilometrlik Sepehr radarı ilə düşmənlərin nəfəsini öz Hərbi Hissələrində də qeydə ala bilirik.

O deyib: Radarların yerləşdirilməsi işlərinin 40 %-i başa çatıb. İşin gedişində heç bir problem yoxdur.

Bu radarlar gələcəkdə mərkəzləşdirilmiş sistemlə idarə olunacaq.

Sepehr radarı ilə biz düşməni uzaq məkanlarda da izləyirik. Bura müxtəlif ölkələr və aşağıdan uçan raketlər də daxildir.

Radarlar ölkənin səmasını hər bir təhdiddən qoruyur.

Fars News qeyd edir ki, Sepehr radarı, uzaq mənzilli radardır. Bu radar "radardan yayına bilən" hədəfləri də qeydə alır. Aşağı, orta və yüksək hündürlükdəki bütün hədəfləri qeydə alır. Bu radar vasitəsilə kiçik hədəflər, ballistik və yarım ballistik raketlər, habelə Kruz raketləri də asanlıqla kəşf edilir.
1063 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber