Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2015

“İŞİD-in cavabı veriləcək”

Misirin prezidenti Əbdülfətah əs Sisi 21 misirlinin İŞİD tərəfindən vəhşicəsinə edam olunmasına reaksiya verib.
Dövlət telekanalnda çıxış edən ölkə başçısı terrorçulara uyğun vaxtda və şəkildə cavab veriləcəyini açıqlayıb.

“Misir, uyğun zamanda və şəkildə bunun cavabını vermək və insanlıqdan nəsibi olmayan bu qatillərdən intiqam almaq hüququnu özündə saxlayır. Misir terrorun öhdəsindən gəlməyi həmişə bacarıb və yenə də buna qadirdir”.

Misirin sadəcə özünü yox, bütün bəşəriyyəti müdafiə etdiyini deyən Sisi müdafiə komitəsi ilə dərhal müşavirə keçirdiyini və burda lazımlı bütün addımların atılması istiqamətində qərar qəbul edildiyini bildirib.

Bundan başqa Sisi xarici işlər nazirinə, BMT Təhlükəsizlik Şurasına üzv ölklərin nümayəndələri ilə məsələnin müzakirə olunması tapşırığını verdiyini deyib.

Xatırladaq ki, İŞİD terror qruplaşması Liviyada 21 misirli qibtini vəhşicəsinə edam edib. Baş vermiş qətliamla əlaqədar Misirdə 7 gün matəm elan olunub./ans/
1405 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı